Mətbuat mərkəzi

Şəki UNESCO-nun siyahısında: Bu, ölkəyə nə vəd edir?!

Tikintisində heç bir sementdən, yapışqan və mismardan istifadə olunmayan bu unikal memarlıq nümunəsi onu görənləri heyrətə gətirir
Sputnik

Bu günlərdə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Azərbaycanın "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Qədim Şəki şəhəri Böyük Qafqaz dağlarının cənub yamaclarında yerləşir. Onun ən görməli yerlərindən biri də XVIII əsrdə tikilmiş Xan sarayıdır. Bura Şəki xanlarının qərargahı olub. İkimərtəbəli Xan sarayı 6 otaq, 4 dəhliz və iki güzgülü eyvandan ibarətdir. Onun iç və çöl divarları təbii boyalarla çəkilmiş rəsm və naxışlarla bəzədilib. Şəbəkəli pəncərələri zövqlə yonularaq bir-birinə geydirilmiş taxta parçaları və rəngli şüşələrlə işlənib. Tikintisində heç bir sementdən, yapışqan və mismardan istifadə olunmayan bu unikal memarlıq nümunəsi onu görənləri heyrətə gətirir.

İyulun 11-də saat 14:00-da "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov, Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Azad Rzayev və aparıcı tarixçilər "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi"nin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi barədə fikirlərini bölüşəcəklər.

Əlavə məlumat üçün müraciət edə bilərsiz:

E-mail: i.velizade@rian.ru

Telefonlar: 404-13-84/85

Ünvan: Sputnik Azərbaycan Beynəlxalq Multimedia Mətbuat Mərkəzi, Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M (4-cü mərtəbə-liftlə üzbəüz).