BAKI, 9 iyul — Sputnik. İyulun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk ilə təkbətək görüşü olub.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk ilə işçi lanç çərçivəsində geniş tərkibdə görüşü olub.