CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı aktyor ölümdən döndü – qaraciyər köçürüldü

Yalçın Səlimov 8 saat davam edən əməliyyatdan sonra artıq ayılıb və özünü qənaətbəxş hiss edir
Sputnik

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 9 iyul — Sputnik. Sumqayıt Dövlət Dram Teatrının aktyoru Yalçın Səlimov dünən Mərkəzi Gömrük Hospitalında əməliyyat olunub.

Sputnik Azərbaycan xəbər verir ki, aktyor uzun müddət səhhətində yaranmış problemlərlə əlaqədar əziyyət çəkib. Bir müddət öncə Y. Səlimovun qaraciyərində ciddi pozuntular aşkarlanıb və o, təcili surətdə xəstəxanaya aparılıb.

Azərbaycanlı aktyorun ixtira etdiyi musiqi alətləri – qeyri-adi səslər... – VİDEO

Aktyorun müraciətindən dərhal sonra əməliyyat və müalicə xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürüb. Qaraciyər sirrozu diaqnozu ilə hospitala yerləşdirilən aktyora qaraciyər köçürülüb. Yaxınlarının verdiyi məlumata görə, Yalçın Səlimov 8 saat davam edən əməliyyatdan sonra ayılıb və özünü qənaətbəxş hiss edir. O, bu işdə ona yardımçı olmuş hər bir şəxsə təşəkkürünü bildirib.

Qeyd edək ki, Yalçın Səlimov 1973-cü ildə anadan olub, 1996-cı ildən Sumqayıt teatrının aktyorudur. O, bu müddət ərzində "Gəl qohum olaq", "Qarağaclar altında məhəbbət", "Cəhənnəm ekspresi", "Müsyö Jordan və dərviş Məstəli şah", "Qocanı Öldürməliyik", "Xilaskar" və sair tamaşalarda yadda qalan obrazlar yaradıb.