MƏDƏNİYYƏT

Azərbaycanda uşaqların yaradıcılıqla məşğul olma imkanları varmı - Zöhrə Əliyeva danışır

“Mədəniyyət.az” jurnalının baş redaktoru Zöhrə Əliyeva Sputnik Azərbaycan-a deyir ki, təhsil sahəsində aparılan islahatlar uşaqların bədii-estetik zövqlərinin formalaşmasına müsbət təsir göstərir
Sputnik

Bu gün Sputnik Azərbaycan Beynəlxalq Multimedia Mətbuat Mərkəzində Azərbaycanda uşaq və gənclərin yaradıcılıq problemləri mövzusunda tədbir keçirilib.

“Mədəniyyət.az” jurnalının baş redaktoru Zöhrə Əliyeva Sputnik Azərbaycan-a deyib ki, Azərbaycanda uşaqların mədəni inkişafı üçün böyük imkanlar mövcuddur:

“Hazırda ölkəmizdə uşaq yaradıcılığı sahəsində fəaliyyət göstərən çoxsaylı özəl və dövlət müəssisəsləri var. Azərbaycanda uşaqların yaradıcılığa meylli olması həmişə olub. Valideynlər hər zaman çalışır ki, uşaqları hansısa incəsənət sahəsi ilə məğul olsun. Azərbaycanda təhsil sahəsində aparılan islahatlar və tətbiq olunan yeniliklər də uşaqların fərdi inkişafına, həmçinin bədii-estetik zövqlərinin formalaşmasına müsbət təsir göstərir”.

Zöhrə Əliyevanın fikirlərinə audiofaylda qulaq asa bilərsiniz