RUSİYA

Putin Gürcüstan əleyhinə sanksiyalardan danışdı: Bunu etməzdim

Bir müddət öncə Rusiya parlamentinin aşağı palatası Gürcüstan əleyhinə məhdudlaşdırıcı tədbirlərin görülməsi təşəbbüsünü irəli sürüb
Sputnik

BAKI, 9 iyul — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Gürcüstan əleyhinə sanksiyaların tətbiqinə qarşı çıxıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, Rusiya lideri bu barədə jurnalistlərə deyib: "Mən bunu məhz gürcü xalqına olan hörmətimdən irəli gələrək etməzdim".

Bir müddət öncə Rusiya Dövlət Duması Gürcüstan əleyhinə məhdudlaşdırıcı tədbirlərin görülməsi təşəbbüsünü irəli sürüb.

Səbəb kimi "aramsız anti-Rusiya təxribatları" göstərilib.

Moskva və Tbilisi arasında münasibətlər son günlərdə kəskin şəkildə pisləşib. Bir qədər əvvəl Gürcüstanda yerli hökumət və Rusiya əleyhinə etiraz aksiyalarının başlaması nəticəsində iki ölkə arasında uçuşlar dayandırılıb.