BAKI, 8 iyul — Sputnik. Ukrayna Xarici Kəşfiyyat Xidmətinin sabiq rəhbəri, general Nikolay Malomuj bəyan edib ki, Ukrayna tərəfi Rusiyanın müdaxiləsinə cavab verə biləcək. Bu barədə Sputnik Azərbaycan "UNİAN" nəşrinə istinadən xəbər verir.
Onun sözlərinə görə, taktiki olaraq Kiyevin Rusiyaya cavab verməyə imkan verən planı var.
Malomuj, həmçinin əlavə edib ki, mümkün müdaxiləyə qarşı strateji hazırlıq lazımi səviyyədə görülmür.
O vurğulayıb ki, Ukrayna Rusiyaya "cavab vermək" üçün öz tərəfdaşlarından istifadə edə bilər.
Qeyd edək ki, daha əvvəl ukraynalı ekspert Dmitri Rahimov bəyan edib ki, "Şimal axını-2" qaz kəməri ilə bağlı Rusiya və Ukrayna arasında guya müharibə başlaya bilər.