Tbilisidə dörd fərqli mitinq polisi çaş-baş saldı

Cinsi azlıqlara qarşı parlamentin önündə, cinsi azlıq nümayəndələri özləri isə DİN binasının qarşısında mitinq edirlər
Sputnik

BAKI, 8 iyul — Sputnik. Bazar ertəsi axşam Tbilisinin müxtəlif hissələrində eyni zamanda bir neçə etiraz aksiyası keçirilməyə başlayıb.

Sputnik Gürcüstan xəbər verir ki, paytaxtın mərkəzində, Rustaveli propektində parlamentin önündə toplaşanlar cinsi azlıqlara qarşı etiraz edirlər - hədəfləri Qürur paradını ləğv etdirməkdir.

Bir neçə yüz metr aralı - Azadlıq meydanında isə köhnə tələb - DİN rəhbəri Georgi Qaxariyanın istefası səslənir. Etirazçılar 3 həftə boyunca Qaxirayaya parlamentin önündə "Get" qışqırırdılar, indi isə onların yerini "mənəviyyat keşikşçiləri" tutublar.

Gürcüstan Milli Bankı turizm embarqosundan dəyəcək zərəri hesablayıb

İdeoloji və mental cəhətdən bu aksiyalar arasında böyük fərq var, üstəlik, bir-birindən təxminən 400 m aralıda keçirilir. Məhz məsafənin azlığı polisləri narahat etməyə başlayıb.

Bunun üçün əsaslar da getdikcə artmaqdadır. Çünki bir xeyli aralıda "Rustavi-2" telekanalının qarşısında üçüncü aksiya başlayıb. Buraya toplaşanlar "Postskriptum" verilişinin aparıcısı Georgi Qabuniyanın Rusiya Prezidenti Vladimir Putinin ünvanına işlətdiyi təhqiramiz ifadələrə görə həm aparıcıdan, həm telekanal rəhbərliyindən üzr tələb edirlər.

Gözlənilmədən az əvvəl dördüncü aksiya da boy göstərib - cinsi azlıqların nümayəndələri təşkilatçıların qərarına rəğmən şəhərin kənarında, DİN binasının qarşısında toplaşıblar.