CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Deputatlarımız növbədənkənar iclasa çağırıldılar

İclasda 38 məsələyə baxılacaq
Sputnik

BAKI, 8 iyul — Sputnik. Sabah Milli Məclisin növbədənkənar sessiyasında növbəti plenar iclası keçiriləcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, iclasın gündəliyinə 38 məsələ daxil edilib.

Büdcənin 6,5 faizini onlara xərcləyəkmi, yoxsa cibimizdə saxlayaqmı?

İclasda "Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiya"ya I və II Düzəlişlərin təsdiq edilməsi barədə" qanun layihəsinə baxılacaq.

Mülki Prosessual, Cinayət Prosessual, İnzibati Prosessual, İnzibati Xətalar, Mülki, Cinayət məcəllələrində, "Məhkəmələr və hakimlər haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Bələdiyyələrin statusu haqqında", "Dövlət rüsumu haqqında", "Dövlət satınalmaları haqqında", "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" və digər qanunlarda dəyişikliklər müzakirə ediləcək.