Jurnalist ölkəsini turist gəlirlərindən məhrum elədi

"Hamımız inanırdıq ki, əməyimiz nəticə verəcək, sonra isə dünənki hal baş verdi"
Sputnik

BAKI, 8 iyul — Sputnik. "Rustavi 2" telekanalının efirində jurnalistin Rusiya lideri Vladimir Putini təhqir etməsindən sonra Rusiya Federasiyasından olan turistlər kütləvi surətdə bu ölkənin otellərində sifariş etdikləri nömrələrdən imtina edirlər.

Sputnik Azərbaycan "RİA-Novosti"yə istinadən bildirir ki, bu barədə Gürcüstanın otellər və restoranlar assosiasiyasının başçısı Şalva Alaverdaşvili bildirib.

Tbilisidə dörd fərqli mitinq polisi çaş-baş saldı

"2019-cu ilin necə başladığı hamımızın yaxşı yadındadır. Əvvəlcə turizm sektoru viruslara görə xeyli ziyana düşdü, sonra yavaş-yavaş dirçəlməyə başladıq, may yanvarı, iyun fevralı tənzimlədi, sonra isə Qavrilovla (Rusiya Dövlət Dumasının deputatı Sergey Qavrilov - red.) olan vəziyyət... Biz insanları Gürcüstanda dincəlmək üçün razı salmışdıq, hamımız inanırdıq ki, əməyimiz nəticə verəcək, sonra isə dünənki hal baş verdi. Bu səhərdən etibarən turistlər heç bizimlə əlaqə də qurmurlar. Sadəcə hamısı kütləvi surətdə bronlarını ləğv edirlər", - Alaverdaşvili Facebook-da yazıb.

Assosiasiya rəhbəri qeyd edib ki, özü və komandası gürcü məhsullarını maksimal surətdə populyarlaşdırmağa çalışıblar, məqsədləri də ölkə iqtisadiyyatını xilas etməkdir.

"Kim olursunuz-olun, istər hökumət, istər də müxalifət - öz aranızda həll edin, bizə isə öz işimizi görməyə imkan verin. Ölkəni öz siyasi ambisiyalarınıza qurban verməyin", - o, əlavə edib.