CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bərdədə işığa cavabdeh adam dəyişdi

Yeni rəis bu gündən işinin icrasına başlayıb
Sputnik

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 8 iyul — Sputnik. Bərdə rayon elektrik şəbəkəsinə yeni rəis təyin edilib.

Yenidən qaranlığa qərq ola bilərikmi - "Azərenerji" və "Azərişıq” cavablandırır

Sputnik Azərbaycan-ın məlumatına görə, "Azərişıq” ASC-nin Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin Bərdə rayon Elektrik Şəbəkəsinin rəisi vəzifəsinə  Daşdəmirli Fərid Səmid oğlu gətirilib. Bu barədə ASC-nin sədri Balababa Rzayev müvafiq əmr imzalayıb.

Bu gündən Daşdəmirli Fərid Səmid oğlu Bərdə rayon Elektrik Şəbəkəsinin rəisi kimi vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, Bərdə rayon Elektrik Şəbəkəsinin rəisi indiki təyinata qədər Ziya Quluyev olub.