CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan Ordusunun nümayəndələri xaricdən dəvət aldılar

Ordu nümayəndələri Tbilisi və Buxarestdə kurslara qatılacaqlar
Sputnik

BAKI, 8 iyul — Sputnik. Azərbaycan Ordusunun nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edirlər.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Gürcüstanın paytaxtı Tbilisi şəhərində "Münaqişələrin idarə olunması kursu" və Rumıniyanın Buxarest şəhərində "Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramının Vahid Təhlükəsizlik və Müdafiə Siyasəti çərçivəsində fövqəladə hallar zamanı yardım kursu" keçirilir.