BAKI, 8 iyul — Sputnik. Bu gün paytaxtın Nizami rayonu ərazisində, Xalqlar Dostluğu metrostansiyasının qarşıında yerləşən "Ağ Çiçəyim" gül salonunun qarşısında yanğın hadisəsi baş verib. Sputnik Azərbaycan-ın əməkdaşı baş verən yanğın hadisəsi ilə əlaqədar olaraq hadisə yerində olub. Hadisə şahidləri hadisənin 07:00-da baş verdiyini deyiblər. Yanğın 08:40-da Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən avtomobilləri tərəfindən söndürülüb.
Hadisə yerində olan Fövqəladə Hallar Nazirliyinin və Daxili Işlər Nazirliyinin əməkdaşları hadisənin dəqiq olaraq hansı səbəbdən baş verməsi haqda məlumatsız olduqlarını deyiblər.
Qeyd edək ki, yanğın yalnız gül salonunun dam örtüyündə baş verib. Mağazadakı güllər, çiçəklər, dekorativ dibçəklər isə "Ağ Çiçəyim" gül salonunun işçiləri tərəfindən avtomobillərə doldurularaq daşınıb. Yanğın mağazanın yanındakı dönərxanaya keçməyib.
Hadisənin başvermə səbəbləri barədə müxtəlif versiyalar var.