SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"Demokratiyanın beşiyi"ndə hakimiyyət əldən gedir

Mütəxəssislərin fikrincə, "Yeni Demokratiya" 300 yerlik parlamentdə 155-67, SİRİZA isə -77-82 mandat qazanacaq
Sputnik

BAKI, 7 iyul — Sputnik. Yunanıstanda növbədənkənar parlament seçkilərində 38-42% səs toplamış müxalif Kiriakos Mitsotakisin mühafizəkar "Yeni Demokratiya" partiyası baş nazir Aleksis Siprasın 26,5-30,5% səs toplamış hakim SİRİZA partiyasını üstələyib.

Yunanıstanda ruslara qarşı anarxist basqın

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, exit poll-un yuxarıda  göstərilən nəticələrini ERT telekanalı yayıb.

Yunanıstanda saat 19:00-dək, yəni seçki məntəqələri bağlananadək, nəticələr barədə məlumatlar dərc olunmyıb.

Mütəxəssislərin fikrincə, "Yeni Demokratiya" 300 yerlik parlamentdə 155-67, SİRİZA isə -77-82 mandat qazanacaq.

Yeniliklər hərəkatı KİNAL 6-8%, Yunanıstan Kommunist partiyası 5-7%, keçmiş maliyyə naziri Yanis Varufakisin MERA25 hərəkatı 3-5%, ultrasağ "Xrisi-avgi" partiyası 2,8-4,8%, Kiriakos Velopulosun ultrasağ "Yunan qərarı" partiyası 2,5-4,5% səs yığıb. 

Bu halda KİNAL 19-22, Kommunist partiyası 16-19, MERA25 - 8-14, "Xrisi avgi" - 0-13, "Yunan qərarı" - 0-13 mandata sahib ola bilər.