HADİSƏ

Qaradağda qadın kişini bıçaqladı

31 yaşlı kişi qarnından yaralanıb
Sputnik

BAKI, 7 iyul — Sputnik. Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib.

Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, 1988-ci il təvəllüdlü Məhərrəmov Mətləb Sahib oğlu qadın tərəfindən bıçaqlanıb.

Yaralı dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona qarnın ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.