CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gəlinə atası evində 5 bıçaq vurdu

Əməliyyat olunan qadının vəziyyəti ağırdır
Sputnik

BAKI, 7 iyul — Sputnik. Astarada ər arvadına 5 bıçaq zərbəsi vurub.

Qaradağda qadın kişini bıçaqladı

Sputnik Azərbaycan APA-ya istinadən bnildirir ki, hadisə rayonun Kolatan kəndində baş verib. Kənd sakini, 1982-ci il təvəllüdlü Ramin Cəfər oğlu Quliyev həyat yoldaşını atası evində bıçaqlayıb.

Döş qəfəsindən bıçaq xəsarətləri alan 1983-cü il təvəllüdlü Elazə Şirməmməd qızı Quliyeva dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Əməliyyatdan sonra Reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.