Almaniyada avtobus aşdı - onlarla yaralı var

Qəza nəticəsində yol 4 saat müddətinə bağlanıb
Sputnik

BAKI, 7 iyul — Sputnik. Almaniyanın Lihtenau şəhəri yaxınlığında reys avtobusu aşıb.

Sputnik Azərbaycan "Welt" nəşrinə istinadla bildirir ki, 40 nəfərin yaralandığı hadisə A44 şossesində baş verib. Sürücü idarəetməni itirib və qəza baş verib.

Avtobus sürücüsü də daxil olmaqla 10 nəfərin vəziyyəti ağırdır. Qəza nəticəsində yol 4 saat müddətinə bağlanıb.