HADİSƏ

Azərbaycanda gənc yazar qəflətən öldü – Cəsədi tapıldı

Mahmud Atakişiyevin cəsədini həyat yoldaşı aşkar edib
Sputnik

BAKI, 6 iyul — Sputnik. Azərbaycanda gənc yazar evində ölü tapılıb.

Sputnik Azərbaycan-ın APA-ya istinadla məlumatına görə, Mahmud Atakişiyev (İkinci Mahmud) bu gün yaşadığı Xətai rayonunda yerləşən evində vəfat edib.

Azərbaycanda gənc yazar qəflətən öldü – Cəsədi tapıldı

Yazıçının dostu Ömər Mazanov açıqlamasında bildirib ki, M.Atakişiyev bu gün səhər saatlarında həyat yoldaşına Könül Atakişiyevaya zəng edərək ürəyi ağrıdığını deyib. Həyat yoldaşı evə çatanda onun artıq keçindiyini görüb.