CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xəzərdə zəlzələ oldu

Yeraltı təkanların maqnitudası 3.2, dərinliyi 16 km olub
Sputnik

BAKI, 6 iyul — Sputnik. Xəzər dənizində zəlzələ olub.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

İlkin məlumatlara əsasən, iyulun 6-da saat 03:05-də Astara stansiyasından 25 km cənub-şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb.

Maqnitudası 3.2, dərinliyi 16 km olan zəlzələ hiss olunmayıb.