HADİSƏ

Tank mərmisinin partlaması nəticəsində iki hərbçimiz həlak olub

Hərbi hissədə hərbçilərin əlində tank mərmisi partlayıb
Sputnik

BAKI, 6 iyul — Sputnik. İyulun 6-da səhər saatlarında hərbi hissələrdən birində bədbəxt hadisə baş verib.

MN: "Bu qurğu yəqin ki, uşaqların oyunu zamanı ermənilərin əlinə keçib"

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Tank mərmisinin atımının hərbi qulluqçunun əlindən yerə düşməsi nəticəsində partlayış olub.

Nəticədə iki hərbi qulluqçu - gizir Ağalarov Amiddin Şahmalı oğlu və kiçik çavuş Salahov Samir Çingiz oğlu həlak olub.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olanların yaxınları və əzizlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Hadisə nəticəsində gizir Məmmədov Nurlan Rəhim oğlu ağır yaralanıb.

Faktla bağlı araşdırma aparılır.