Məşhur aktrisadan 61 yaşında əzələ nümayişi – VİDEO

Aktrisa məşq zamanı çətin çalışmalarıın öhdəsindən məharətlə gəlir
Sputnik

BAKI, 6 iyul — Sputnik. Amerikalı aktrisa Melani Qriffit 61 yaşı olmasına baxmayaraq ideal formada qalmağın sirlərini nümayiş etdirib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bunula bağlı aktrisa öz Instagram səhifəsində paylaşım edib: "Fitnes müəllimim Qunnar artıq yeddi ildir ki, formada qalmağıma yardımçı olur. Eyni zamanda o mənim psixoterapevtimdir".

Videoda aktrisanın trenajor zalındakı məşq prosesi göstərilir. O, məşq zamanı çətin çalışmaların öhdəsindən məharətlə gəlir.

Qeyd edək ki, 50-dən çox filmə çəkilən Melani Qriffit kinosevərlərə "İşgüzar xanım" filmindəki Tess Makqill obrazı ilə tanınır. Dörd dəfə rəsmi ailə quran aktrisanın sonuncu həyat yoldaşı Hollivud ulduzu Antonio Banderas olub. Onlar 2015-ci ildə rəsmən ayrılsalar da, tez-tez görüşür və bir-biriləri ilə xoş münasibət saxlayırlar.