İQTİSADİYYAT

Türkiyədə gözlənilməz dönüş: Ərdoğan Mərkəzi Bankın sədrini işdən çıxardı

Türkiyədəki kəskin iqtisadi durum Murad Çətinkayanın başında çatladı
Sputnik

BAKI, 6 iyul — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarı ilə Mərkəzi Bankın sədri Murad Çətinkaya istefaya göndərilib.

Sputnik Azərbaycan Türkiyə KİV-nə istinadən xəbər verir ki, Çətinkayanın yerinə onun müavini Murat Uysal təyin olunub.

Uysal 2016-cı ildən Çətinkayanın müavini olub.

1971-ci ildə İstanbulda dünyaya gələn Murad Uysal, Galatasaray liseyindən sonra İstanbul Universitetinin İqtisad fakültəsində təhsil alıb.