Əfqanıstanda məscid partladıldı: xeyli yaralı var

Agentlik təfərrüatlar və səbəblər barədə susur
Sputnik

BAKI, 6 iyul — Sputnik. Əfqanıstanda baş vermiş partlayışda 20-dən çox insan yaralanıb.

Sputnik AzərbaycanRİA-Novosti-yə istinadən bildirir ki, Əfqanıstanın şərqindəki Qəznə şəhərində məscidlərdən birində partlayış olub.

Məlumatı Pajvak agentliyi yayıb. Partlayışın təfərrüatları və səbəbləri göstərilməyib.