HADİSƏ

Dəhşətli olay: Qardaşı arvadını öldürəndən sonra özünü də vurdu

Abşeron sakini qardaşının 40 yaşlı arvadını bıçaqlayaraq öldürüb
Sputnik

BAKI, 6 iyul — Sputnik. Abşeronda qətl törədilib.

Ağstafada qadın qarnına bıçaq batmış vəziyyətdə xəstəxanaya gətirilib

Sputnik Azərbaycan-ın APA-ya istinadla məlumatına görə, hadisə rayonun Mehdiabad qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1957-ci il təvəllüdlü Fərhad Abdullayev qardaşının həyat yoldaşı, 1969-cu il təvəllüdlü Aybəniz Kazımovanı başından bıçaqlayaraq qətlə yetirib. F.Abdullayev daha sonra bıçaqla özünə xəsarət yetirib.

Xəstəxanaya yerləşdirilən F.Abdullayev polis nəzarəti altındadır.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.