CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qan Turalı: "İçlərində az sayda pisləri də var"

İndi qeyri-mümkündür ki, uşağa deyəsən müasir filmə yox, otur "Sehirli xalat" filminə bax
Sputnik

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 5 iyul — Sputnik. Azərbaycanda görmə imkanları məhdud uşaqlar üçün hazırlanmış "Danışan kitab" (http://danishankitab.az) saytının və mobil tətbiqinin təqdimatı olub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə hazırlanan layihə sağlamlıq imkanları məhdud uşaqların etibarlı sosial müdafiə sistemi və səmərəli reabilitasiya tədbirləri ilə əhatə olunmasına yönəlib. Layihədə redaktor kimi çalışmış yazıçı, jurnalist Tural Cəfərovdan müsahibə almaq qərarına gəldik.

Qan Turalı: "İçlərində az sayda pisləri də var"

- İlk olaraq danışan kitab layihəsi haqqında məlumat verərdiniz.

- Tarixin müəyyən dövründə papirus, gil lövhələr üzərində yazı yaranıb, daha sonra isə kitab meydana gəlib. İlk olaraq əlyazmalar, daha sonra isə çap versiyası yaranıb. Müasir dövrümüzdə isə audiokitablar hazırlanmağa başladı. Misal üçün, qonşu Türkiyədə xüsusi ilə şeir audiokitabları üstünlük təşkil edir. Biz də bu layihəni internet üzərində audio şəklində yaratmağı fikirləşdik. Bu versiya əsasən görmə imkanları məhdud uşaqlar üçün nəzərdə tutulub. Məncə, cəmiyyətin inkşafını təmin edən əsas prinsiplərdən biri də budur. Fikirləşdik ki, uşaqlar dünya işığından məhrum olsalar da, kitabdan məhrum olmasınlar.

- Layihədə yaradıcı iş necə quruldu?

- Biz dörd qrupa bölündük, dörd istiqamətdə Azərbaycan yazıçıları, xalq nağılları, dünya yazıçıları, xarici nağıllar üzrə işimizi qurduq. Zaman-zaman Azərbaycanda həvəskar şəkildə bu iş görülüb. Müəyyən sayda elektron kitablar var. Amma biz daha professional yanaşdıq. Layihədə nağılların peşəkar səviyyədə səslənməsi də böyük önəm kəsb edir.

- Nağıllar hansı aktyorlar tərəfindən səsləndirilib?

- Azərbaycanda yetərincə tanınmış aktyorlar - Xalq artisti Nurəddin Mehdixanlı, Əməkdar artistlər Vidadi Həsənov, Hüsniyyə Mürvətova, aktyor Amid Qasımov - bu layihəyə cəlb olunublar. Məncə, hər adam bədii qiraətlə məşğul ola bilməz. Balaca şahzadə nağılını dəfələrlə oxumağıma baxmayaraq, səsləndirmə prosesində başqa bir ləzzətlə dinləyirdim.

Qan Turalı: "İçlərində az sayda pisləri də var"

- Aktyor və nağıllar hansı parametrlərə görə seçilib?

- Seçim edəndə ilk növbədə ən vacib əsərlərə üstünlük verdik. Vaciblik isə ən məşhur, hamının oxumalı olduğu, uşaqlar üçün maraqlı olan parametrlə ölçülür. Təbii ki, əsərlər həddən artıq çoxdur. Ona görə də, bu məsələdə həm də subyektiv fikir əsas götürülüb. Aktyorlara gəldikdə isə, peşəkar dublyaj aktyorları və ən yüksək səviyyədə ədəbiyyat biliciləri olması əsas götürülüb.

- Hal-hazırda nə qədər əsər səsləndirilib və bazanın artırılması nəzərdə tutulubmu?

- Bu günə kimi 40 əsər səsləndirilib. Hələ ki, bazanın artırılıb-artırılmayacağı haqqında bir söz deyə bilmərəm. Təbii ki, istək var. Layihənin davamlı olmasından asılıdır. Bir onu deyə bilərəm ki, çox insan tərəfindən rəğbətlə qarşılandı. Ümid edirəm ki, davamlı olacaq.

- Layihənin tanıtımı üçün hansı vasitələrdən istifadə etmisiniz?

- Əsasən soial şəbəkə, televiziya və radioda bu haqda geniş məlumat verilib. Məncə, aktiv Azərbaycan oxucusunun danışan kitab layihəsindən xəbəri var. Əsas odur ki, bu layihə bu günün deyil. Gələcəkdə də insanlar daxil olaraq səsləndirilən əsərlərdən yararlana biləcək.

Qan Turalı: "İçlərində az sayda pisləri də var"

- Bu günlərdə İctimai televiziyada "Diqqət Mərkəzi" proqramında Azərbaycan dili haqqında debata qoşulmuşdunuz. Həmin proqramda ilk olaraq filmlər və cizgi filmlərinə diqqət yetirilməsi fikrini səsləndirdiniz. Fikrinizcə, problem nədədir? Televiziyalar yayımlamır, yaxud yeni filmlər yoxdur?

- Təbii ki, keçmiş filmlərimiz çox yaxşıdır. İçlərində az sayda pisləri də var. Amma adi insanlar keçmiş filmlərdən çox, müasir filmlərə baxmağa üstünlük verirlər. Hal-hazırda isə sovet dönəmində qazandığımız uğurları təkrarlaya bilmirik. Dəyərli rejissorlarımız, ssenaristlərimiz var. Məsələ ondadır ki, əvvəl qapalı idik. Kinematoqrafiyada rəqib Sovet ölkələri idisə, indi dünyadır. Yəni qapalı məkandan açıq məkana keçmişik. İndi qeyri-mümkündür ki, uşağa deyəsən, müasir filmə yox, otur, "Sehirli xalat" filminə bax. Cizgi filmləri ilə də bağlı eyni tendensiyadır. Ona görə də bu sahəyə çox ciddi yanaşmalıyıq. Film istehsalına diqqət artırılmalıdır. Yaddan çıxartmayaq ki, kino ilk növbədə xalqın mənəvi inkişafı üçündür.

- Bu yaxınlarda Mədəniyyət Nazirliyi müsabiqəyə təqdim olunmuş ssenarilərin qaliblərini elan etdi. Müraciət etmişdinizmi?

- Bəli, müraciət etmişdim. Amma mənim ssenarim keçmədi.

Qan Turalı: "İçlərində az sayda pisləri də var"

- Qalib ssenariləri necə qiymətləndirirsiniz?

- Oxumamışam. Oxumadığım ssenari haqqında nəsə deməyim düz olmaz. Dövlətin bu sahəyə diqqəti, qayğısı var. Amma məncə, yanaşma daha fundamental olmalıdır. Misal üçün, Türkiyədə filmləri seçən müstəqil qurum var. Onun seçimini nazirlik dərhal icra edir. Bizdə də hansısa model işlənməlidir.

- Hal-hazırda hansı işlə məşğulsunuz?

- Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində fəlsəfədən dərs deyirəm. Təzə kitabım işıq üzü görüb. Hələ ki beynimdə yeni mövzular yoxdur.