BAKI, 5 iyul — Sputnik. "Bu yaxınlarda Sumqayıtda avtobuslar üçün xüsusi hərəkət zolaqları yaradıldığı barədə məlumat yayıldı. Şəxsən görməmişəm, amma bir neçə şifahi şikayət eşitmişdim. Bu gün qabağıma çıxan bu foto isə xeyli aydınlıq gətirdi..."
Bu barədə hüquqşünas Ərşad Hüseynov öz "Facebook" səhifəsində yazıb.
Ekspert qeyd edir ki, nişanlanma zamanı çıx ciddi səhvlərə yol verilib.
"Xətlərin rəngi düz deyil, 1.23 nişanlanması təhrif olunub ("BUS" əvəzinə "A"), yolayrıclarında çox ciddi, özü də son dərəcə təhlükəli səhvlərə yol verilib. Hətta artıq bu səhv ucbatından qəza baş verdiyi də deyilir. Bir sözlə, xəcalət çəkdim. Təcili bunları düzəltmək lazımdır. Belə işləri görəndə qanuna, standarta baxmaq lazımdır, cəmi 1-2 səhifəlik yazı var, onu oxumaq, dərk etmək və sonra iş görmək lazımdır. Ən azından, Bakıda 3 yerdə bu zolaqlar var (istifadə edilməsə də), heç olmasa, bunlara baxmaq olardı".