Azərbaycanın regionlarında məlumatlılığın artırılması istiqamətində görülən işlər insan alverinə qarşı mübarizə və qurbanlara yardım sahələrindəki ümumi məqsədlərə çatmaq üçün vacib əhəmiyyət kəsb edir. Bunu Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin direktoru Həbibə Qəribova Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev və nümayəndəliyin proqram meneceri Mariya Nikolovska ilə görüşdə deyib.
Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin sədri Ülkər Abdullayeva Sputnik Azərbaycan-a deyir ki, qadınların davamlı olaraq zorakılığa məruz qalmasının səbəblərindən bir də onların iqtisadi müstəqilliyinin olmamasıdır:
“Təbii ki, iqtisadi cəhətdən asılı olan qadını zorakılığa, təzyiqə məruz qalacaq. Azərbaycanda da qadınların zorakılığa məruz qalmasının ən önəmli səbəblərindən biri iqtisadi müstəqilliklərinin olmamasıdır. Azərbaycan ailələri son illərdə sürətlə dağılır. Bunun bir səbəbi də iqtisadi amillərlə bağlıdır. Bunun aradan qaldırılması üçün çox ciddi islahatlar aparılmalı, birbaşa qadınlara yönəlik proqramlar həyata keçirilməlidir”.
Ülkər Abdullayevanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz