Oddan kül törəyib - Siyasət nəhənginin nəvəsi narkoman çıxdı

Hadisə Londonun mərkəzindəki mehmanxanalardan birində olub
Sputnik

BAKI, 5 iyul - Sputnik. Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin nəvəsi Aysultan Nazarbayev Londonun Kral Məhkəməsində polisə hücumda ittiham edilib.

“Report”un məlumatına görə, bu barədə BBC xəbər verirb.

Məhkəmədə ilkin dinləmələrin gedişatında bildirilib ki, 28 yaşlı Aysultan narkotik maddənin təsiri altında polislərə müqavimət göstərib. O, asayiş keşikçisini vurub və dişləyib.

Nazarbayev Paşinyandan başqa hamını mükafatlandırdı

Dövlət ittihamçı Qreqor Makkinli bildirib ki, hadisə Londonun mərkəzindəki mehmanxanalardan birində olub. A.Nazarbayev hər kəsi eyvanda intihar edəcəyi ilə hədələyib.

O, həbs olunub, lakin təqsirini etiraf etməyib.

Nazarbayev bütün iclas boyu heç bir söz deməyib, ancaq prosesdə ona suallar da ünvanlanmayıb.