CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Polislərdən ittihamlara cavab - "Torqovı"da nələr oldu - VİDEO

Sosial şəbəkə istifadəçiləri polisləri baş verən hadisələrə seyrçi qalmaqda ittiham ediblər
Sputnik

BAKI, 5 iyul — Sputnik. Son günlər paytaxtın mərkəzi hissəsində, xüsusən də Nizami küçəsində axşam saatlarında guya milli-mənəvi dəyərlərimizə zidd hərəkətlərin baş verməsi və bu zaman polisin seyrçi mövqe tutması barədə sosial şəbəkələrdə yayılan şayiələrlə əlaqədar qeyd olunan ərazilərdə DİN Mətbuat Xidmətinin əməkdaşları müşahidə aparıb, sakinlərin münasibətini öyrəniblər. Bu barədə Sputnik Azərbaycan-a DİN-dən məlumat verilib.

Sorğunun nəticələrini təqdim edirik.