"Facebook"u ələ saldılar

"Facebook", "WhatsApp" və "Instagram" istifadəçiləri dünən problemlərlə üzləşiblər
Sputnik

BAKI, 5 iyul — Sputnik. Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiya üzrə Federal Xidməti ("Roskomnadzor") dünən "Facebook", "WhatsApp" və "Instagram"ın fəaliyyətində yaranmış fasiləyə münasibətini bildirib.

Sputnik Azərbaycan xəbər verir ki, qurum məsələ ilə bağlı "Twitter" sosial şəbəkəsində aşağıdakı məzəli yazını paylaşıb:.

"İnternetdə "feyklər" yayılır; onlardan belə bir nəticə çıxır ki, "Facebook"un xidmətlərində baş vermiş fasilə "Roskomnadzor"un işidir. Nə deyə bilərik? "Yenə patron gətir, Petka!" - tvitdə deyilir.

Məşhur internet resurslarının işində baş verən fasilə və problemləri izləyən" Downdetector" xidmətinin verdiyi məlumata görə, "Facebook", "WhatsApp" və "Instagram" istifadəçiləri dünən bu xidmətlərin istifadəsində problemlərlə üzləşiblər.

Adıçəkilən sosial şəbəkələrin işində yaranmış texniki nasazlıq bütün dünya üzrə müşahidə olunub.