HADİSƏ

Bakı sakinlərinin qapısını döyən itkin qadından xəbər var - FOTO

13 yaşı olduğunu iddia edən qadın Həsən Əliyev küçəsi ilə Azadlıq prospektinin kəsişməsində yerləşən yaşayış binalarının yaxınlığında tapılıb
Sputnik

BAKI, 4 iyul — Sputnik. Bakıda Həsən Əliyev küçəsi ilə Azadlıq prospektinin kəsişməsində yerləşən yaşayış binalarının ətrafında ad və soyadının İlahə Nurullayeva olduğunu deyən qadının valideynləri tapılıb.

Bakı sakinlərinin qapısını döyən itkin qadından xəbər var - FOTO

Ruhi probleminin olduğu iddia edilən qadın Nərimanov rayon 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən valideynlərinə təhvil verilib. Bu barədə Sputnik Azərbaycan-a Bakı sakinlərindən biri bildirib.

Həmin şəxs qeyd edib ki, tanımadıqları qadın onların qapısını döyərək özü haqda müəyyən məlumat verib: "O, bizim qapımızı döyərək itkin düşdüyünü söyləyirdi. Özünün isə 13 yaşlı olduğunu iddia edən qadın Pirallahı qəsəbəsində yaşadığını söyləyirdi. Amma üzündən də görünürdü ki, onun heç bir halda 13 yaşı ola bilməz. Bu da bizdə onun əqli probleminin olduğu şübhəsi yaratdı. Onun əynində tünd yaşıl kofta, bənövşəyi ilə qaranın çalarlarından ibarət şalvar var idi. Bir qədər sonra hadisə yerinə gələn polis əməkdaşları onun valideynlərini tapdılar”.