BAKI, 3 iyul — Sputnik. Ramana körpüsünün üzərində yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Qəza ilə əlaqədar olaraq olay yerinə yaxın yolda bir hərəkət zolağı bağlanıb, sürət 20 km/saat endirilib.
Qəza səbəbindən qeyd edilən ərazidə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunub. Qısa vaxtda qəzanın nəticələri aradan qaldırılıb və normal hərəkət bərpa edilib.