Pakistan hava limanında atışma: 2 nəfər həlak olub

Hava limanına əlavə polis qüvvələrinin göndərildiyi bildirilir
Sputnik

BAKI, 3 iyul — Sputnik. Naməlum şəxs Pakistanın Lahor şəhərinin beynəlxalq hava limanında atəş açıb.

Sputnik AzərbaycanRİA Novosti-yə istinadən xəbər verir ki, atışma nəticəsində yaralanmış üç nəfərdən ikisi sonradan ölüb.

Hüquq mühafizə orqanlarının məlumatına görə, cinayətkarı zərərsizləşdirmək və dindirmə üçün polis bölməsinə gətirmək mümkün olub.

Hava limanına əlavə polis qüvvələrinin göndərildiyi bildirilir. Əraziyə avtomobillərin daxil olması müvəqqəti olaraq qadağan edilib.

İnsident hava limanında təlaşa səbəb olub.