Neft hasilatının azaldılması üzrə "OPEC plus" sazişi 9 ay müddətinə uzadılacaq. Bunu Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid əl-Falih deyib.
İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyir ki, OPEC+ ölkələrinin razılaşması neft bazarında qiymətlərə təsir edir:
“Bu ölkələrin qəbul etdiyi qərarlar bazara ciddi psixoloji təsir göstərir. Bu anlaşma OPEC-ə daxil olmayan ölkələrə daha çox sərf edir. İqtisadi amil olmadan belə razılaşmalarla neftin qiymətini yüksək həddə uzun müddət saxlamaq mümkün olmayacaq. Əgər yaxın vaxtlarda İran, Liviya və Venesuela ətrafında davam edən problemlər həll olunsa, OPEC+ sazişinin əhəmiyyəti qalmayacaq”.
Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz