Mətbuat mərkəzi

Ehtiyatlı olun: risk qrupunda olan ərzaqlar hansılardır?

İyulun 11-də saat 12:00-da "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində qida zəhərlənmələri ilə bağlı məsələlər müzakirə ediləcək
Sputnik

Hər il yay aylarında ölkəmizdə insanların qida zəhərlənməsi halları artır. Bunun başlıca səbəbi yayda tez xarab olan ərzaqların qorunması zamanı sanitar normalara əməl olunmamasıdır. İyun ayının son günlərində Bakının 20 sakini "qida zəhərlənməsi" diaqnozu ilə 1 №-li Kliniki Tibbi Mərkəzə aparılıb. Bundan sonra prokurorluq orqanları müvafiq cinayət işləri açıblar.

Mütəxəssislərin fikrincə, zəhərlənmələrin başlıca səbəblərindən biri ərzaqları alarkən düzgün seçim etməməkdir. İnsanlar ucuz və keyfiyyətsiz, həmçinin düzgün konservləşdirilməmiş qida məhsullarından daha çox zəhərlənirlər. Ərzaqdan zəhərlənmə halları əsasən Bakıda qeydə alınır ki, bu da bir çox hallarda mövsümi olmayan meyvələrin alınması ilə bağlıdır. Bir qayda olaraq, həmin məhsullar qarpız, çiyələk və nadir hallarda da üzümdür. Tərəvəzlərdən isə pomidor və bəzən də xiyar zəhərlənməyə səbəb olur. Nadir hallarda qida zəhərlənməsi pendirdən əmələ gəlir. Bəzi hallarda konservləşdirilmiş məhsulların həvəskarları ət və balıq konservlərindən, hisə verilmiş balıqdan, dönərdən və kolbasalardan zəhərlənirlər.

Təhlükəli ərzaqları necə müəyyən etməli və özünü qida zəhərlənmələrindən necə qorumalı? Bu barədə sualları iyulun 11-də saat 12:00-da "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində "Azad İstehlakçılar Birliyi"nin sədri Eyyub Hüseynov və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi cavablandıracaq.

Əlavə məlumat üçün müraciət edə bilərsiz:

E-mail: i.velizade@rian.ru

Telefonlar: 404-13-84/85

Ünvan: Sputnik Azərbaycan Beynəlxalq Multimedia Mətbuat Mərkəzi, Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M (4-cü mərtəbə-liftlə üzbəüz).