BAKI, 2 iyul — Sputnik. Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində yerləşən və SOCAR-a məxsus olan "PETKİM" limanında gəmidə partlayış baş verib. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, partlayışdan sonra ərazidə yanğın başlayıb.
Agentlik xəbər verir ki, insident nəticəsində bir nəfər həlak olub, daha 16 nəfər isə xəsarət alıb. Hələlik hadisənin baş vermə səbəbi məlum deyil.
"PETKİM"-in yaydığı məlumatda qeyd olunur ki, partlayış yerli vaxtla 23:20-də (Bakı vaxtı ilə 00:20-də) baş verib. İtaliya bayrağı altında üzən "Synzania" adlı gəmidə baş verən insident nəticəsində ümumilikdə yaralanan 17 nəfər xəstəxanaya yerləşdirilib. Yaralılardan 15-i İtaliya, 1-i Rumıniya, 1 isə Türkiyə vətəndaşı olub. Yaralı şəxslərdən biri xəstəxanada vəfat edib. Həmin şəxsin İtaliya vətəndaşı olduğu bildirilir.