"Keçəl dərman bilsə, öz başına sürtər": gözəllik bloqeri canlı yayımda saçsız qaldı

Amerikalı bloqer canlı yayımda "təhlükəli" gözəllik eksperimenti keçirmək qərarına gəlib
Sputnik

BAKI, 2 iyul — Sputnik. Amerikalı gözəllik bloqeri Lori Feyt "Instagram"da canlı yayım zamanı saçına relaksant (saçı yumşaldan və düzləşdirən vasitə) vurandan sonra qəflətən keçəlləşməyə başlayıb.

Sputnik Azərbaycan "Insider"ə istinadən xəbər verir ki, Feyt canlı yayımda "təhlükəli" gözəllik eksperimenti keçirmək qərarına gəlib.

O, ilk olaraq ev şəraitində saçını ağardıb, sonra isə saçına "istirahət vermək" üçün onun üzərinə relaksant vurub.

Lakin Feyt relaksantın gücünü düzgün hesablamayıb və saçını daramağa başlayanda onu yandırdığını anlayıb.

Bloqer saçını yumaq üçün vanna otağına qaçsa da, artıq gec olub – onun saçı tökülüb.

Lakin bir müddət şokda olan Feyt sonradan səhvindən optimist nəticə çıxara bilib.

"Mən artıq bilirəm ki, bu səhv mənim xeyrimə olacaq – saçım nəhayət ki, yenidən öz təbii rəngində çıxacaq", - deyə o bildirib.