BAKI, 29 iyun — Sputnik. İngiltərənin tanınmış futbolçusu Devid Bekhamın qızını dodağından öpməsi təpki ilə qarşılanıb. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, ailəsi ilə yemək yeyərkən tanınmış futbolçu 7 yaşlı qızı Harperi dodağından öpüb. Onun bu addımı isə heç də xoş qarşılanmayıb.
Məlumata görə, tanınmış futbolçu Qadınlar arasında futbol üzrə Dünya Çempionatında İngiltərə - Norveç qarşılaşmasını izləyərkən də qızını dodağından öpüb. Bu təpkilərə cavab olaraq isə məşhur futbolçu özünün "İnstagram" hesabında, "Bütün uşaqları sevirəm, onların dodaqlarından öpürəm, Beckham," - paylaşımını edib.