BAKI, 2 iyul — Sputnik. Ölkə ərazisində yağıntılı hava şəraiti səbəbindən Kür çayında bulanıqlığın həddən çox artması ilə əlaqədar Kür Sutəmizləyici Qurğularının fəaliyyətində müvəqqəti fasilə yaranıb.
Bu barədə Sputnik Azərbaycan-a Azərsu ASC-dən məlumat verilib.
Bildirilib ki, bununla əlaqədar Hacıqabul və Şirvan şəhərlərinə, Bakının Qaradağ rayonuna içməli suyun verilməsində məhdudiyyətlər olacaq.