CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda qripdən ölən olubmu - Afaq Əliyeva rəqəmlərİ açıqladı

Ötən illə müqayisədə qripə yoluxmada azalma var
Sputnik

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 2 iyul — Sputnik. "Bu ilin ilk 5 ayında Azərbaycanda cəmi 113 nəfərdə qrip virusu qeydə alınıb. Həmin xəstələrin hər birinə müalicə yazılıb və onların müayinələri reallaşdırılıb".

Azərbaycanda qripdən ölən olubmu - Afaq Əliyeva rəqəmlərİ açıqladı

Bu barədə Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva məlumat verib.

O, bu ilin və ötən ili ilk beş ayında ölüm hadisənin olub-olmaması haqda da danışıb: "Bu ilin ilk beş ayında qripdən ölüm hadisəsi qeydə alınmayıb. Ötən ilin də cari dövründə qrip virusundan ölən olmayıb. Bunun da səbəbi xəstələrin vaxtında müraciətləri ilə bağlıdır".

"2018-ci ilin ilk 5 ayı ilə müqayisədə cari ilin müvafiq dövründə də respirator virus infeksiyalarına yoluxmada 3.4 faiz azalma qeydə alınıb" – deyə A.Əliyeva əlavə edib.