RUSİYA

Tanınmış azərbaycanlı sənətkar Sankt-Peterburqda vəfat etdi

Cənazənin ölkəmizə ekstradisyasını Azərbaycanın Rusiyadakı səfirliyi öz üzərinə götürüb
Sputnik

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 2 iyul — Sputnik. "Lenfilm" kinostudiyasının səs rejissoru, Rusiya Federasiyasının dövlət mükafatı laureatı, "Nika" mükafatı laureatı, Rusiya Federasiyasının əməkdar incəsənət xadimi, Sankt-Peterburq Kino və Televiziya Universitetinin professoru, akademik Ələkbər Həsənzadə 79 yaşında yaşadığı Sankt-Peterburq şəhərində axşam saatlarında dünyasını dəyişib. Sputnik Azərbaycan-a Azərbaycanfilmdən verilən açıqlamaya görə cənazənin ölkəmizə ekstradisyasını Azərbaycanın Rusiyadakı səfirliyi, şəxsən səfir Polad Bülbüloğlu öz üzərinə götürüb. Artıq mərhum sənətkarın nəşi səhər saatlarında Bakıya yola salınıb.

Qeyd edək ki, Ələkbər Əliheydər oğlu Həsənzadə 8 noyabr 1939-cu ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan tamaşaçılarına yaxşı tanış olan "Ömrün səhifələri", "Nəsimi", "Ən vacib müsahibə", "Səmt küləyi" və s. filmlərin səs rejissoru olub.