FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Qədim sənətkarlar yurdu - Dəmirçi

Sputnik

Azərbaycanın ən ucqar, maraqlı, qədim ərazilərinə səfərlərimizi davam etdirmək qərarına gəldik. Bu dəfə yolumuzu Şamaxı rayonunun Dəmirçi kəndindən saldıq.

Dəmirçi Şamaxı rayonunun qədim kəndlərindən biridir və dəniz səviyyəsindən 1600 metr yüksəklikdə Pirsaatçayın sahilində, Baş Qafqaz silsiləsinin ətəyindədir. Kənd əvvəllər Künəçayın (Dibçay) sahilində salındığına görə Künəçay adlanırmış. 

Sonradan kəndin adına Dəmirçi deyilib. Bu da kəndə yerləşmiş dəmirçi ailələrinin çoxluğu ilə bağlı olub. Kənd sakinlərinin sözlərinə görə, əvvəllər kənddə 40-a yaxın dəmirçi ailəsi yaşayırmış. İndi isə kənddə cəmi 6 dəmirçi ailəsi var.

Kənddə 125 ev var və bütün evlər çox qədim tarixə malikdir. Evlərin divarları çox məharətlə hörülüb. Evlərin dam örtüyü iki il əvvəl dövlət tərəfindən yenilənib.

Sputnik Azərbaycan Dəmirçi kəndindən hazırlanmış fotolenti təqdim edir.

1 / 10
Dəmirçi kəndi qədimdən öz sənətkarları ilə məşhurdur
2 / 10
Dəmirçi kəndi həm də gözəl təbiətə malikdir
3 / 10
Dəmirçi kəndi təkcə ustalardan ibarət deyil
4 / 10
Qədim sənəti belə həvəslə yaşadan şəxslərə həsəd aparmamaq mümkün deyil
5 / 10
At nalı nəinki kənddə, rayonda da tələb olunan məhsuldur
6 / 10
Ustaların peşəsinə asan qazanc yolu demək mümkün deyil
7 / 10
Usta Ağahüseyn dəmirdən onlarla adda məhsul düzəldə bilir
8 / 10
Dəmirçi kəndinin yolları daşla örtülüdür və bir növ Lahıc kəndini xatırladır
9 / 10
Dəmirçilər hər həftənin bazar günü düzəldikləri məhsulları Şamaxı bazarına aparırlar
10 / 10
Bu kənddə demək olar ki, hamı yerli istehsal olan bıçaqlardan istifadə edir