SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Politoloq G20-nin nəticələrindən danışdı: bəzi məsələlərdə yumşalma oldu

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, bu görüşlərdə əsas məqsəd liderlər arasında fikir mübadiləsi aparılmasıdır
Sputnik

Yaponiyanın Osaka şəhərində G20 sammiti başa çatıb. Sammitin nəticələri haqqında Sputnik Azərbaycan-a danışan Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, bu görüşlərdə hər hansı qərarlar qəbul olunmur, əsas məqsəd liderlər arasında fikir mübadiləsi aparılmasıdır:

“Ölkələr arasında çoxlu problemlər mövcuddur. Keçirilmiş görüşlərdən sonra bəzi məsələlərdə yumşalma oldu. Nazirlərə əməkdaşlığın inkişafı üçün tapşırıqlar verildi. Bu baxımdan G20-nin böyük əhəmiyyəti var. Sadəcə əsas məsələ budur ki, sammitdə lidelərin razılaşmaları sonradan yerinə yetirilsin”.

Qeyd edək ki, bu, “Böyük iyirmilik” ölkələrinin 14-cü sammiti idi. Sammit Yaponiyada ilk dəfə təşkil olunurdu. Forum Osakadakı Sakisima süni adasında baş tutub.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz