CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu gün yeni qatarlar istismara verilir

Rusiya istehsalı olan kondisionerli qatarlar xəttə buraxılır
Sputnik

BAKI, 2 iyul — Sputnik. Bu gün saat 12:00-da "Dərnəgül" stansiyasından yeni qatarlar xəttə buraxılacaq. Bununla da istismar müddətini bitirən daha iki qatar xətdən çıxarılacaq. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

Qeyd edək ki, bir neçə həftə öncə Rusiyadan alınan 2 qatarın sınaq işlərinə başlanılıb. Yeni gətirilən digər qatarlarda olduğu bu gün istismara veriləcək qatarlarda da kondisioner sistemi var. Bununla da "Bakı Metropoliteni"nin xəttə çıxan kondisionerli qatarlarının sayı 7 olacaq. İlin sonunadək isə bu qatarların sayının 11 olacağı proqnozlaşdırılır.

Xatırladaq ki, yeni qatarlar da Rusiyanın "Metrovaqonmaş" şirkətinin istehsalıdır.