CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mətbuat katibinin müavini "Vətən uğrunda" medalı ilə təltif edildi

Kütləvi tədbirlər zamanı ictimai təhlükəsizliyin təmin edilməsində və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiklərinə görə bir qrup işçi təltif olunub
Sputnik

BAKI, 1 iyul — Sputnik. İyulun 2-də Azərbaycanda Polis Günü ərəfəsində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşları cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin mühafizəsində, beynəlxalq əhəmiyyətli kütləvi tədbirlər zamanı ictimai təhlükəsizliyin təmin edilməsində və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiklərinə görə təltif ediliblər.

Mətbuat katibinin müavini "Vətən uğrunda" medalı ilə təltif edildi

Sputnik Azərbaycan xəbər verir ki, onlar arasında həmkarımız - Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə də var.

O.Mansurzadə "Vətən uğrunda" medalı ilə təltif edilib. Xatırladaq ki, O. Mansurzadə 1995-ci ildən daxili işlər orqanlarında xidmət edir. O, DİN-in mətbuat xidmətində müxtəlif vəzifələrdə çalışıb.

Təbrik edirik!