Doğuş zamanı Rizvan Mehdiyev boyun travması alıb və həkimlər ona uşaq serebral iflici diaqnozunu qoyublar. Buna baxmayaraq, o bir neçə yerdə işləyir və ailəsini və iki uşağını saxlayır.
Uşaqlıqdan quşlara olan sevgisi Rizvanı maraqlı hobbi ilə məşğul olmağa həvəsləndirib. O, quşlar üçün yuvalar hazırlayır və onların satışı ilə məşğul olur. Hərdən bir dəfəyə 30-50 quş yuvası hazırlamağa sifarişlər belə alır.
Uşaq serebral iflicli rəssam əllərinin köməyi olmadan rəsm çəkir>>
Rizvan ailəlidir və iki uşağı var. Onun üçün həyatda ən əsas məqam heç kimdən asılı olmamaqdır. Rizvanın quş yuvalarını necə hazırladığını Sputnik Azərbaycan-ın videosunda izləyin.