HADİSƏ

Qardaşı tərəfindən bıçaqlandı, yıxılmışam dedi

Yaralı dərhal həkimlər tərəfindən cərrahiyyə əməliyyatı olunub və reanimasiya şöbəsinə yerləşdirilib
Sputnik

BAKI, 29 iyun — Sputnik. Şəmkir rayonunda yıxılaraq xəsarət aldığını deyən şəxsin bıçaqlandığı məlum olub.

Əyləncə, yoxsa ölüm təhlükəsi – Bir partlayışın izi ilə

Sputnik Azərbaycan-ın "Report"a istinadla məlumatına görə, 38 yaşlı İntiqam Əliyev şəxsi mübahisə zəminində qardaşı Hafiz Əliyev tərəfindən bıçaqlanıb.

Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Qeyd edək ki, 1981-ci il təvəllüdlü şəxs İntiqam Əliyev qarın nahiyəsindən daxilə nüfuz edən kəsilmiş-deşilmiş yara ilə xəstəxanaya gedib. O, dərhal həkimlər tərəfindən cərrahiyyə əməliyyatı olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

İ.Əliyev xəsarəti ehtiyatsızlıqdan aldığını, yıxılaraq qarnına dəmir batdığını bildirib.