CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gəncədə 4 yaşlı körpə çayda boğuldu

Uşağın meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib
Sputnik

BAKI, 1 iyul — Sputnik. Gəncədə 4 yaşlı uşaq çayda batıb.

Su anbarından həyəcan siqnalı daxil olub, FHN əməkdaşları səfərbər edilib

Sputnik Azərbaycan-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, "112" qaynar telefon xəttinə, Gəncə şəhərinin Kəpəz rayonunda 1 nəfər azyaşlının naməlum şəraitdə Gəncə çayına düşməsi barədə məlumat daxil olub. Hadisə yerinə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu və Gəncə Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

FHN-dən bildiriblər ki, Gəncə şəhərinin Kəpəz rayonunda naməlum şəraitdə Gəncəçay çayına düşən, 2012-ci il təvəllüdlü Səfərli Hüseyn Nuru oğlunun axtarışları başa çatıb. H.Səfərlinin meyiti Gəncə Regional Mərkəzinin xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.