CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda qəribə milçək yayılıb - FOTO

Aralıq dənizi meyvə milçəyinə qarşı mübarizə tədbirlərinə başlanılıb
Sputnik

BAKI, 1 iyul — Sputnik. Aralıq dənizi meyvə milçəyi Azərbaycan ərazisi üçün karantin tətbiq edilən zərərli orqanizm olmaqla, Türkiyə, Rusiya, Albaniya, Əlcəzair, Xorvatiya, Kipr, Misir, Fransa, Yunanıstan, Macarıstan, İsrail, İtaliya, Malta, Mərakeş, Portuqaliya və s. kimi ölkələrdə yayılıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Aqrar Xidmətlər Agentliyinin Bitki mühafizə mərkəzinin mütəxəssisləri tərəfindən Abşeron rayonu ərazisində aparılan monitorinqlər nəticəsində Aralıq dənizi meyvə milçəyi ilə sirayətlənmə halları müşahidə edilib.

Bakıda qəribə milçək yayılıb - FOTO

Nazirliyin mətbuat xidmətindən Sputnik Azərbaycan-a məlumat verilib ki, bununla yanaşı Aralıq dənizi meyvə milçəyinin yayılma arealını müəyyən etmək üçün Aqrar Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən Abşeron rayonunun 23 kənd və qəsəbəsinin müxtəlif nöqtələrində zərərverici ilə sirayətlənmiş meyvələrin fotoşəkilləri nümayiş etdirilməklə 203 sakin arasında sorğu aparılıb və sorğuda iştirak edən sakinlərin təxminən 50%-i bağlarda bu halın müşahidə edildiyini bildiriblər.

Bunu nəzərə alaraq Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən bu zərərverici ilə əlaqədar müşahidələrin davam etdirilməsi məqsədi ilə 2019-cu il iyulun 27-dən etibarən Abşeron rayonunun kənd və qəsəbələrində 250 ədəd feromon tutucuların quraşdırılmasına başlanılıb. Hazırda bu tədbirlər davam etdirilir.

Ağcaqanad insan nəslinin bir hissəsini qıracaq

Təhlükəli karantin obyekti və polifaq bir zərərverici olaraq 200-dən çox meyvə və tərəvəz bitkilərinə ziyan vurur (sitrus bitkiləri, banan, xurma, şaftalı, alma, gilas, üzüm, pomidor, badımcan, çiyələk və s.).

Sirayətlənmiş meyvələr vaxtından əvvəl tökülür. Tökülmüş meyvələrin xarici görünüşü sağlam görünsə də, onun zədələnmiş hissələrindən meyvənin zərərverici tərəfindən zədələnməsi aydın görünür.

Yumurta qoyulan yerlərdə qabıq zədələnir və çürümə törədən göbələklərin inkişafına şərait yaranır. Zərərverici yayılmış rayonlarda güclü sirayətlənmə zamanı məhsulun tam məhv olmasına səbəb ola bilir. Qışı torpaqda və ya ağac üzərində qalan meyvələrin içində keçirir.