CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın ən gözəl qızı və oğlanı seçilib

"Miss & Mister Top Model Azerbaijan 2019"-un qalibləri Xəyalə Əsgərova və Fərrux Rəcəbov seçilib
Sputnik

BAKI, 1 iyul — Sputnik. "SHANI Hotel & Villas"-da "Miss & Mister Top Model Azerbaijan 2019" milli top-model müsabiqəsinin final gecəsi keçirilib.

İlk milli top-model müsabiqəsi olan "Miss & Mister Top Model Azerbaijan 2019" 8 ay ərzində davam edib. Təşkilatçıların Sputnik Azərbaycan-a verdikləri məlumata görə, müsabiqəyə 60-dan çox oğlan və qız qoşulub. İştirakçılar - kastinq, seçim turları, opening-party və nəhayət, final gecəsindən keçiblər.

Tanınmış aktyor və ssenarist Anar Xəlilovun və cazibədar "Miss Azərbaycan 2018" Nərmin Hacıyevanın aparıcı qismində çıxış etdikləri final şousunda "Let"s Dance" Team, "Titan" Robot Show, tanınmış rep ifaçısı Kamal Məmmədov (KQB), müğənnilər Əlican Həmid, Fərid Ağa, Elvin Babazadə, və DJ Noor, DJ Crazy birdə DJ Farid öz çıxışları ilə tamaşaçıları əyləndiriblər.

Müsabiqənin rəsmi saytı olan www.misstopmodel.az-da keçirilən online səsvermənin nəticələri və final gecəsində münsiflər heyətinin verdiyi səslər toplanıb. Bu səslərin yekunu olaraq "Miss & Mister Top Model Azerbaijan 2019"-un qalibləri Xəyalə Əsgərova və Fərrux Rəcəbov seçilib.

Münsiflər heyətində tanınmış aktyor və rejissor Samir Ələsgərov, rəssam və "Minabi" brendinin təsisçisi Milena Nəbiyeva, ölkəmizim şanson şahzadəsi Ceyhun Bakinski, dizayner, "by Vafa" brendinin təsisçisi Vəfa İsazadə, aparıcı, teatr və kino aktyoru Rüfət Nazar, vizajist Natalya İsm, teleaparıcı, aktyor, çox qadınların sevimlisi olan Şəhriyar Əbilov, "Miss Planet Top Model 2017" Günel Məmmədova, "2nd Runner Up of Miss Top Model Azerbaijan 2017" Röya İbrahimova və stilist Miri Yusif yer alıblar.

Müsabiqənin təşkilatçıları İnam Quliyev və Əli Rzayev yeni "Little Top Model Azerbaijan" uşaq müsabiqəsinə start veriblər.