BAKI, 30 iyun — Sputnik. İyunun 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev UNESCO-nun Baş direktoru xanım Odre Azulenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Sputnik Azərbaycan xəbər verir ki, iyunun 30-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva da Azərbaycanda səfərdə olan UNESCO-nun Baş direktoru xanım Odre Azule ilə görüşüb.
UNESCO-nun Baş direktoru Azərbaycan Prezidenti və Birinci vitse-prezidentlə görüşüb
Birinci vitse-prezident Mehriban Əliyeva UNESCO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında iştirak etmək üçün ölkəmizə gəldiyinə görə UNESCO-nun Baş direktoru Odre Azuleyə minnətdarlığını bildirib.